İqtisadiyyatın sahələrinin rentabelliyi
İqtisadiyyatın sahələrinin rentabelliyi (lucrativeness of economic sectors) – bu, aşağıdakı kimi hesablanır: balans mənfəətinin hesabat dövründə əsas fondların, qeyri-maddi aktivlərin və maddi dövriyyə vəsaitlərinin orta dəyərinə faizlə nisbəti ümumi rentabelliyi göstərir; məhsulun (işlərin, xidmətlərin) satışından əldə edilən mənfəətin satılmış məhsulun (işlərin, xidmətlərin) maya dəyərinə faizlə nisbəti məhsulun və ya iqtisadiyyat sahələrinin rentabelliyini göstərir. İqtisadiyyatın sahələri üzrə məhsulun (iş və xidmətlərin) satışından əldə edilən mənfəət məhsulun satışından əldə edilən gəlirin (ümumi gəlirin) məbləği ilə onun istehsalına çəkilən xərclər əlavə dəyər vergisinə və aksizlərə, mövcud qanunvericiliyə uyğun olaraq gəlirdən çıxılan sair məsrəf və ayırmalara daxil edilən xərclərin məbləği arasındakı fərqlə müəyyənləşdirilir.
Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti Kənan Aslanlı