İllik idarəolunan xərclər
From ..::Banker.az::..
Revision as of 09:42, 30 November 2011 by 91.191.202.96 (talk) (Created page with "'''İllik idarəolunan xərclər (annually managed expenditure)''' – bir sıra ölkələrdə (məsələn, Böyük Britaniyada) dövlət xərclərinin elə bir hissəsidir ki, b...")
İllik idarəolunan xərclər (annually managed expenditure) – bir sıra ölkələrdə (məsələn, Böyük Britaniyada) dövlət xərclərinin elə bir hissəsidir ki, bu, digər xərclər kimi 3 illik əsasda deyil, ilbəil idarə olunur. Bu cür xərclərin ən böyük komponentləri aşağıdakılardır:
(a) sosial müdafiə xərcləri;
(b) borc faizləri;
(c) yerli hakimiyyətlərin özünümaliyyələşdirmə xərcləri;
(d) Avropa Birliyinin büdcəsinə ödəmələr.
İllik idarəolunan xərclər elə xərclərdir ki, illik tələbə əsaslanır və hökumətin qısamüddətli nəzarəti altındadır. Eyni zamanda, bu, əvvəlcədən asanlıqla maliyyələşdirilə bilən departament xərclərindən fərqlənir.
Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti Kənan Aslanlı