İstifadəçi

From ..::Banker.az::..
Revision as of 10:34, 30 November 2011 by 91.191.202.96 (talk) (Created page with "'''İstifadəçi (debt user)''' – dövlət borcalmaları yolu ilə alınmış və qaytarılması dövlət büdcəsi hesabına nəzərdə tutulan borc vəsaitindən təkrar müq...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

İstifadəçi (debt user) – dövlət borcalmaları yolu ilə alınmış və qaytarılması dövlət büdcəsi hesabına nəzərdə tutulan borc vəsaitindən təkrar müqavilə əsasında istifadə edən hüquqi şəxs və ya dövlət orqanı. İstifadənin istiqamətləri üzrə xərclərə aşağıdakı sahələr üzrə xərclər daxildir: dövlətin idarəedilməsi; beynəlxalq fəaliyyət; milli müdafiə; hüquq-mühafizə fəaliyyəti və təhlükəsizliyin təmin edilməsi; sənaye, energetika və tikinti; kənd təsərrüfatı və balıqçılıq; ətraf mühitin və təbii ehtiyatların qorunması; hidrometeorologiya, xəritəçəkmə və geodeziya; nəqliyyat və yol təsərrüfatı, rabitə və informatika; bazar infrastrukturunun inkişafı; mənzil-kommunal təsərrüfatı; fövqəladə hadisələrin və təbii fəlakətlərin nəticələrinin xəbərdar edilməsi və aradan qaldırılması; sosial-mədəni tədbirlər, o cümlədən təhsil, kadrların peşəkar hazırlanması, mədəniyyət və incəsənət, kütləvi informasiya vasitələri, səhiyyə, bədən tərbiyəsi və idman, elm və dövlət elmi-texniki proqramları; məqsədli proqramlar; dövlət borclarına xidmət; dövlət ehtiyatlarının artırılması; digər xərclər.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti Kənan Aslanlı