Kameral vergi yoxlaması
From ..::Banker.az::..
Revision as of 11:47, 30 November 2011 by 91.191.202.96 (talk) (Created page with "'''Kameral vergi yoxlaması''' (cameral tax expertise) – vergi yoxlaması növü olub vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi ...")
Kameral vergi yoxlaması (cameral tax expertise) – vergi yoxlaması növü olub vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən sənədlər əsasında keçirilir. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir.
Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı