Qeyri-rezident

From ..::Banker.az::..
Revision as of 13:08, 30 November 2011 by 91.191.202.96 (talk) (Created page with "'''Qeyri-rezident''' (non-resident) – rəsmi qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olan şəxs və onun ail...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Qeyri-rezident (non-resident) – rəsmi qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olan şəxs və onun ailə üzvləri; Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı və ya Azərbaycan Respublikasında xarici ölkənin dövlət xidmətini həyata keçirən şəxs və onların ailə üzvləri; məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən bir xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs. Azərbaycan Respublikasının ərazisində yerləşən, diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri.


Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı