Qiymətin dövlət tənzimlənməsi

From ..::Banker.az::..
Revision as of 13:11, 30 November 2011 by 91.191.202.96 (talk) (Created page with "'''Qiymətin dövlət tənzimlənməsi''' (state regulation of prices) – əhalinin aztəminatlı təbəqələrinin gəlirlərinin sabit qalması və iqtisadi rentabelliyin azal...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Qiymətin dövlət tənzimlənməsi (state regulation of prices) – əhalinin aztəminatlı təbəqələrinin gəlirlərinin sabit qalması və iqtisadi rentabelliyin azalmaması məqsədilə qiymətlərin ümumi səviyyəsinə təsir edən dövlət tədbirlərinin məcmusu. Başqa sözlə, dövlət çalışır ki, qiymətlərin ümumi səviyyəsi həddindən artıq aşağı düşməsin və həddindən artıq yüksəlməsin. Dövlət qiymət siyasəti yeritməklə gəlirləri yenidən bölüşdürməyi də məqsəd kimi qarşısına qoyur. Dövlətin qiymətlərə təsir göstərmək metodları həm iqtisadi (tələb və təklifə, həmçinin qiymətin tərkib elementlərinə təsir göstərməklə), həm də inzibati (qiymətlərin dövlət tərəfindən müəyyənləşdirilməsi) xarakterli ola bilər.


Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı