Müəssisələrə kreditor borcları

From ..::Banker.az::..
Revision as of 14:06, 30 November 2011 by 91.191.202.96 (talk) (Created page with "'''Müəssisələrə kreditor borcları''' (creditor debts to companies) – müəssisələrin hesablaşmalarının mühasibat uçotu hesablarında nəzərə alınan kreditor bor...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Müəssisələrə kreditor borcları (creditor debts to companies) – müəssisələrin hesablaşmalarının mühasibat uçotu hesablarında nəzərə alınan kreditor borclarının, o cümlədən veksel və avansların vəziyyətini əks etdirir. Kreditor borcları malgöndərənlərin yüklənmiş məhsula, yerinə yetirilmiş işlərə və göstərilmiş xidmətlərə, o cümlədən verilmiş təminatlı veksellərə və avanslara görə borclarını, həmçinin material itkilərinin ödənilməsi üzrə borclarını birləşdirir. Bundan əlavə, kreditor borcu müəssisənin bütün növlər üzrə büdcəyə ödəmələrini, işçilərə əməkhaqqının və digər ödəmələr üzrə vəsaitin verilməsi, dövlət qeyribüdcə fondlarına ödəmələr üzrə borclarını göstərir. Müəssisə, rəsmi qanunvericiliyə əsasən, sahibkarlıq fəaliyyətini həyata keçirən və bu cür fəaliyyət üçün yaradılan aşağıdakı qurumlar deməkdir: Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış hüquqi şəxslər; xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər (korporasiyalar, şirkətlər, firmalar və digər analoji qurumlar), habelə onların filialları və ya daimi nümayəndəlikləri. Müəssisələrə maliyyə qoyuluşları isə başqa müəssisələrin qiymətli kağızlarına və nizamnamə fondlarına uzunmüddətli və qısamüddətli qoyuluşların (investisiyaların) miqdarı və hərəkəti haqqında informasiyanı, habelə ölkə daxilində və xarici ölkələrdə verilən borcları əks etdirir.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı