Mühasibat uçotu üzrə Məsləhət Şurası

From ..::Banker.az::..
Revision as of 14:08, 30 November 2011 by 91.191.202.96 (talk) (Created page with "'''Mühasibat uçotu üzrə Məsləhət Şurası''' (Consultation Council for Accounting) – mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Mühasibat uçotu üzrə Məsləhət Şurası (Consultation Council for Accounting) – mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına mühasibat uçotu və maliyyə hesabatı sahəsində məsləhətlər vermək məqsədilə Mühasibat uçotu üzrə Məsləhət Şurası yaradılır. Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı maliyyə hesabatlarının beynəlxalq standartlarının və ictimai sektor üçün mühasibat uçotunun beynəlxalq standartlarının tətbiqi, milli mühasibat uçotu standartlarının hazırlanması və Azərbaycan Respublikasında mühasibat uçotunun inkişafına dair mühüm məsələlər üzrə qərar qəbul etməzdən əvvəl mühasibat uçotu üzrə Məsləhət Şurası ilə məsləhətləşməlidir.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı