Mühasibat uçotu üzrə Məsləhət Şurası
Mühasibat uçotu üzrə Məsləhət Şurası (Consultation Council for Accounting) – mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına mühasibat uçotu və maliyyə hesabatı sahəsində məsləhətlər vermək məqsədilə Mühasibat uçotu üzrə Məsləhət Şurası yaradılır. Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı maliyyə hesabatlarının beynəlxalq standartlarının və ictimai sektor üçün mühasibat uçotunun beynəlxalq standartlarının tətbiqi, milli mühasibat uçotu standartlarının hazırlanması və Azərbaycan Respublikasında mühasibat uçotunun inkişafına dair mühüm məsələlər üzrə qərar qəbul etməzdən əvvəl mühasibat uçotu üzrə Məsləhət Şurası ilə məsləhətləşməlidir.
Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı