Sadələşdirilmiş vergi

From ..::Banker.az::..
Revision as of 21:57, 1 December 2011 by Yeganem (talk | contribs) (Created page with "'''Sadələşdirilmiş vergi''' (simplified tax) – rəsmi qanunvericiliyə əsasən, Azərbaycan Respublikasında ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və əvvəl...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Sadələşdirilmiş vergi (simplified tax) – rəsmi qanunvericiliyə əsasən, Azərbaycan Respublikasında ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və əvvəlki üç aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 22500 manat və ondan az olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər. Belə vergi ödəyiciləri hər il aprel ayının 20-dən gec olmayaraq vergi bəyannaməsini və ya bu hüquqdan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduqları vergi orqanına təqdim etməklə seçdiyi metodu təqvim ilinin sonunadək tətbiq etməlidirlər. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməzlər: aksizli mallar istehsal edən şəxslər; kredit və sığorta təşkilatları, investisiya fondları, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları, lombardlar; qeyri-dövlət pensiya fondları; əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edənlər; mülkiyyətindəki avtonəqliyyat vasitələrindən başqa digər əsas vəsaitlərinin qalıq dəyəri 1.000.000 (bir milyon) manatdan artıq olan, lakin fəaliyyəti avtonəqliyyat vasitələri ilə daşımaların və mənzil tikinti fəaliyyətinin həyata keçirilməsindən ibarət olmayan şəxslər.


Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı