Sığorta tarifi
Sığorta tarifi (insurance tariffs) – aktual hesablar əsasında hesablanan sığorta xidmətinin qiymətidir. Sığorta tarifinin həcmi, bir sıra daxili və xarici amillərdən asılı olaraq müxtəlif bazar seqmentlərində sığortanın müxtəlif növləri üçün risk ehtimalının əsasları ilə əlaqədar statistik hesablamalar bazasında sığorta hadisəsinin başvermə tezliyi və sığorta maliyyə hesablamaları üsullarının köməyi ilə müəyyən edilir. Sığorta subyektləri arasında müqavilə bağlanan tarif dərəcəsi brutto dərəcə (məbləğ) adlanır. O, netto dərəcədən (sığorta riskinin qiymətindən) və düşən yükdən (ehtiyat fondlarına ayırmalar və mənfəət elementləri də daxil edilməklə sığorta işinin təşkili və həyata keçirilməsi üzrə sığortaçının xərclərindən) ibarətdir.
Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı