Yoxlama fəaliyyətləri və ya daxili yoxlama
Yoxlama fəaliyyətləri və ya daxili yoxlama (controlling operations or internal control) – hüquqi aktların icrası, maliyyyə fəaliyyətlərinin etibarlılığı və məlumatları kimi müxtəlif idarəetmə məqsədlərinə dair münasib zəmanəti təmin edən proses. • Ex-ante controls – eks-tarif yoxlamaları maliyyə razılaşmasından əvvəl baş verir. • Ex-post controls – faktik yoxlamalar maliyyə razılaşmasından sonra baş verir. • Internal control standarts – daxili yoxlama standartları – komissiyanın daxili yoxlama standartları komissiya tərəfindən qərara alınır və COSO standartları ilə möhkəmləndirilir. COSO (Tridvey komissiyasının sponsor təşkilatlar komitəsi) 5 peşəkar təşkilatın alyansıdır. Yoxlamalar, öz növbəsində, kameral və sənədləşdirilmiş yoxlamalara bölünür. Sənədli yoxlama, yoxlama aparılan təşkilatda maliyyə sənədlərinin yoxlanılması və onun əsasında müəyyən nəticənin əldə edilməsi ilə müəyyənləşir. Bu halda əgər maliyyə pozuntuları aşkarlanarsa, onlar mütləq qaydada aktlaşdırılır və aidiyyəti orqanlara ötürülür. Kameral yoxlama isə müəssisənin, yaxud təşkilatın özünü ziyarət etmədən hesabatlar və digər texniki vəsait hesabına aparılır və əgər narahatlıq üçün bir əsas varsa, mütləq sonrakı mərhələdə sənədləşdirilmiş yoxlama ilə müşayiət edilir. Yoxlama aşağıdakı üsullarla həyata keçirilir: tematik yoxlama – nəzarət obyektinin maliyyə-təsərrüfat fəaliyyətinin ayrı-ayrı sahələrinin və ya hər hansı bir mövzunun geniş öyrənilməsi üçün tətbiq edilir və bu zaman seşmə və sənədli nəzarət üsullarından istifadə edilir; iqtisadi təhlil – sənədli və faktiki nəzarət qaydasında dövlətin maliyyə və maddi ehtiyatlarından istifadənin səmərəliliyinin, nəzarət obyektinin dövlət qarşısında maliyyə öhdəliklərinin vaxtında və tam yerinə yetirilməsi vəziyyətinin müəyyən edilməsi, habelə nəzarət obyektinin maliyyə-təsərrüfat fəaliyyətinə təsir edən amillərin aşkar edilməsi məqsədiə aparılır; təhqiqat – ərizə və müraciətlərə, habelə dövri mətbuatda göstərilənlərə əsaslanaraq nəzarət obyektinin maliyyə-təsərrüfat fəaliyyətində müəyyən bir məsələ üzrə mövcud vəziyyətin müəyyən edilməsi məqsədilə baxışların və araşdırmaların keçirilməsidir; təhqiqatın nəticəsi nəzarət obyektində digər nəzarət metodlarının tətbiq edilməsinin zəruri olub-olmaması barədə təklifləri və ya müvafiq rəyi özündə əks etdirən arayışla sənədləşdirilir; hesabatların yoxlanılması – maliyyə hesabatlarının, habelə vergitutma bazasına birbaşa təsir edən göstəricilərin hesablama yolu ilə, müxtəlif hesabat məlumatlarının mühasibat uçotu ilə registrlərdəki məlumatlarla üzləşdirilməsi yolu ilə həyata keçirilir və bu zaman mühasibat yazılışlarının ilkin sənədlərdəki məlumatlara uyğunluğu müəyyənləşdirilir.
Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı