Yol vergisi

From ..::Banker.az::..
Revision as of 13:48, 2 December 2011 by 109.237.117.68 (talk) (Created page with "'''Yol vergisi''' (road fund taxes) – rəsmi qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yükdaşıma ...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Yol vergisi (road fund taxes) – rəsmi qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yükdaşıma üçün istifadə edən avtomobil nəqliyyatı vasitələrinin sahibləri olan qeyri-rezident müəssisələr və qeyrirezident fiziki şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində minik avtomobilləri, avtobuslar və digər avtomobil nəqliyyatı vasitələri olan şəxslər Azərbaycan Respublikasının avtomobil yollarından istifadəyə görə yol vergisinin ödəyiciləridir. Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici dövlətlərin, habelə Azərbaycan Respublikasının ərazisində şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir. Avtonəqliyyat vasitələrinin növündən, oturacaqların sayından, yükgötürmə qabiliyyətindən və avtonəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisindən, oxa düşən ağırlığından, Azərbaycan Respublikası ərazisində qət edilən məsafədən, təhlükəli yüklərin daşınmasından asılı olaraq Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici dövlətlərin avtonəqliyyat vasitələrindən, habelə Azərbaycan Respublikasının ərazisində şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin mühərriklərinin həcmindən asılı olaraq avtonəqliyyat vasitələrindən vergi hesablanır. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan şəxslər illik yol vergisini həmin avtonəqliyyat vasitələrinin mühərrikinin həcminə görə müəyyən edilmiş dərəcələrlə ödəyirlər.

Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı