Fitch Ratings

From ..::Banker.az::..
Revision as of 21:52, 16 December 2011 by Yeganem (talk | contribs)
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Fitch Ratings – bir reytinq agentliyidir, o Moody’s və Standard & Poors ilə birlikdə reytinq şirkətlərinin böyük üçlüyünü təşkil edir. Iki baş qərargahı vardır. Yəni mərkəzi ofislərdən biri Londonda, digəri isə Nyu-Yorkda yerləşir. Həmçinin şirkətin 51 nümayəndəliyi vardır . Ştat isə 1500 işçini əhatə edir. Reytinqlər 3 100 maliyyə institutuna, 1600 banka, 1400 sığorta kompaniyasına, 1200 korporasiya, 89 hökumət və 45000 şəhər qurumlarına şamil edilir. Şirkət 1912-ci ildən bəri müəssisə kimi, 1924-cü ildən sonra reytinq agentliyi kimi fəaliyyət göstərir.

Fitch Ratings beynəlxalq və milli reytinqləri müəyyən edir ki, bunları da rəsmi şəkildə emitent defolt reytinqləri adlanırırlar.

Beynəlxalq reytinqlər şkalası

1.1. İnvestisiya kateqoriyalı reytinqlər

«AAA» - yüksək kredit ödəmə qabiliyyəti (kreditləşmə səviyyəsi) və aşağı kredit risk gözləntiləri olan müəssisələrə verilən reytinqdir. Yalnız o zaman verilir ki, müəssisə maliyyə öhdəliyini istənilən bir vaxt tamlıqla və dərhal yerinə yetirə bilsin.

«AA» - çox yüksək kredit ödəmə qabiliyyəti, çox aşağı kredit riski gözləntiləri və maliyyə öhdəliklərini yerinə yetirilməsi baxımından çox yüksək ödəmə qabiliyyəti olan müəssisələrə verilən reytinq pilləsidir.

«A» - yüksək kredit ödəmə qabiliyyət, aşağı kredit riskləri gözləntiləri, vaxtlı-vaxtında maliyyə öhdəliklərini həyata keçirmək qabiliyyəti olan müəssisələrə verilən reytinq pilləsidir. «BBB» - yaxşı kredit ödəmə qabiliyyəti, hazırkı an üçün aşağı kredit riski gözləntiləri və adekvat səviyyədə maliyyə öhdəliklərini həyata keçirmək qabiliyyəti. Bu, investisiya kateqoriyalı reytinqlər sırasında ən aşağı reytinq pilləsidir..

1.2. Spekulyativ kateqoriya reytinqləri

«BB» - spekulyativ reytinqdir. «BB» pilləli reytinq o anlama gəlir ki, kredit risklərinin inkişaf etmə ehtimalları çoxdur, xüsusən də neqativ iqtisadi dəyişmələr nəticəsində. Çünki belə dəyişmələr birdən birə deyil, vaxt ötdükcə baş verir. Lakin bununla yanaşı, kompaniyanın biznes və maliyyə sahəsində alternativ resurslara çıxışı ola bilər ki, bu da ona öz maliyyə öhdəliklərini yerinə yetirə bilmək imkanını verər. Bu səviyyənin reytinqi ilə təltif olunmuş qiymətli kağızlar investisiya üçün nəzərdə tutulub.

«B» - kifayət dərəcədə spekulyativ reytinqdir. Emitentlər və qiymətli kağızlarla münasibətdə əgər öhdəliklərin yerinə yetirilmə qabiliyyəti «B» reytinqi ilə qiymətləndirilibsə, bu o deməkdir ki, risklərin mövcudluğu ehtimalı əhəmiyyətli dərəcədə böyükdür. Lakin «təhlükəsizlik yastığı» məhdudiyyəti də qalmaqdadır. Yeni hazırkı anda maliyyə öhdəlikləri yerinə yetirilir, lakin ödəmə qabiliyyətinin davam etməsi davamlı və əlverişli, işgüzar və iqtisadi konyunkturadan asılıdır.

«CCC» - qiymətli kağızlar ilə bağlı öhdəliklər yerinə yetirilir, lakin defolt imkanı da real qiymətləndirirlir. Maliyyə öhdəliklərinin yerinə yetirilməsi bütünlüklə davamlı və əlverişli, işgüzar və iqtisadi konyunkturadan asılıdır.

«CC» - öhdəliklər yerinə yetirilir, defolt ehtimalı çox böyükdür.

«C» - öhdəliklər yerinə yetirilir, lakin defolt qaçılmaz görünür.

«RD» - bu reytinq pilləsi onu göstərir ki, emitent müəyyən öhdəlikləri üzrə vaxtlı-vaxtında öz ödənişlərini həyata keçirməmişdir (tətbiq edilən güzəşt müddətini də nəzərə almaqla), amma öhdəliklərinin əsas hissəsini və digər növ öhdəlikləri yerinə yetirməyə davam edir.

«D» - bu reytinq pilləsi o ölkəyə və ya emitentə verilir ki, o özünün bütün maliyyə öhdəlikləri üzrə defolt elan etmişdir.

2. Milli reytinqlər həmçinin «AAA(xxx)», «АА(ххx)», «А(хxx)» və s formatlarda da göstərilə bilər. Suffiks onun verildiyi ölkəni göstərir. Təşkilatın beynəlxalq reytinqi onun ölkəsinin reytinqindən daha çox ola bilməz. Milli reytinqə gəldikdə isə onun ən yüksək qiymət göstəricisi yerli bazarda ən etibarlı borc götürənin reytinqi götürülür, yəni dövlət.

Bundan əlavə Fitch-də milli reytinqlər üçün əlavə dərəcələnmə də mövcuddur- məsələn «E(xxx)» reytinqi, bu o anlama gəlir ki, reytinq verilməsi üçün kifayət qədər informasiya mövcud deyil. Bu kateqoriya o vaxt istifadə olunur ki, öncə verilmiş reytinq pilləsi dayandırılmışdır, səbəb isə emitentin lazımı sənədləri vaxtlı-vaxtında göndərməməsidir. Bu isə həmin emitenti müşahidə etmək və məlumatları təsdiqlənmək imkanını məhdudlaşdırır.

Həm beynəlxalq, həm də milli reytinqlər rating watch (reytinq nəzarətində) qeydi ilə, həmçinin növbəti iki il ərzində yenidən baxılma ehtimalı nəzərdə tutan proqnoz qeydi ilə tamamlana bilərlər. Reytinq proqnozu «müsbət», «stabil» və ya «neqativ» ola bilər. Müvəqqəti qiymətlərin indeksləşməsi üçün üstəgəl (+) və ya çıx(-) işarələri istifadə olunur.