SWIFT

From ..::Banker.az::..
Revision as of 11:13, 17 December 2011 by Yeganem (talk | contribs) (Created page with "'''SWIFT''' (Society for Worldwide Interbank Financial Telecommunications) – ümumdünya beynəlxalq banklararası maliyyə telekommunikasiyası birliyidir. 1973-cü ildə öd...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

SWIFT (Society for Worldwide Interbank Financial Telecommunications) – ümumdünya beynəlxalq banklararası maliyyə telekommunikasiyası birliyidir. 1973-cü ildə ödəmələr bazarında birlik iştirakçısı banklarının telekommunikasiya xidməti göstərilməsi və eləcə də onlar arasında maliyyə məlumatı mübadiləsinin forma və üsulların standartlaşdırılması üçün yaradılmışdır Kommunikasiya üçün xüsusi müdafiə şəbəkəsindən istifadə edilir. 1987-ci ildə fond bazarının iştirakçıları da SWIFT maliyyə məlumatı verilməsi sisteminə qoşulmaq imkanı əldə etmişdilər. Fond bazarı onun perspektivli inkişaf istiqaməti hesab edilir. Bu gün sistemdə 8 midən artıq maliyyə institutu vardır.

Birliyin hər bir bankının 8 yaxud 11 simvoldan ibarət öz unikal SWIFT-kodu var, burada birinci 4 işarə bankın qısa adını, qalanları isə ölkəni, şəhəri və bankın bölməsini bildirir. Belə kodun olması ödəmənin keçirilməsini sürətləndirir və sadələşdirir. Banklararası köcürmənin birliyə daxil olan Avropa bankları arasında yerinə yetirilməsi üçün köçürməni alacaq bankın SWIFT – kodunu və alıcının İBAN-nını bilmək kifayət edir. Lakin bəzi xüsusiyyətlər səbəbindən və eləcə də SWIFT – in iştirakçılarının hamısının İBAN-ı dəstəkləmədiyi səbəbindən daha çox rekvizit tələb olunur.

Birliyin qapalı olmasına baxmayaraq, 1 fevral 2010-cu ildə terroristlərin hərəkətlərinin izlənilməsi məqsədi ilə Avropa Birliyi və ABŞ arasında banklararası SWIFT sisteminə daxil olmaq üçün Birləşmiş Ştatların xüsusi xidmət orqanlarına müvəqqəti icazə verilməsi razılığı qəbul edilmişdir. Məlum razılaşma müvəqqəti xarakter daşıyırdı. Eləcə də 11 fevral 2010-cu ildə Avropa Parlamentində keçirilən iclas nəticəsində ABŞ xüsusi xidmət orqanlarına SWIFT-ə daxil olmaq təklifini rədd etmək qərarı qəbul edilmişdir. Parlament bu razılaşmanı şəxsi məlumatlar haqqında qanunun pozulması kimi hesab etmişdir.

SWIFT olan hər bir ölkədə onların milli sistem üzvləri qrupu təşkil olunur.