Tax Free
Tax Free - əlavə dəyər vergisi (ƏDV) məbləğini geri qaytarma sistemidir. Xarici vətəndaşlar tərəfindən edilən alqılara olan vergi geri dönərkən alqı edilən ölkənin sərhədini keçən zaman geri qaytarılır Tax Free sistemində əsasən Avropa Birliyinə daxil olan ölkələr işləyirlər. Verginin əvəzini vermək üçün dörd şərt yerinə yetirilməlidir. Birincisi, üç aydan az müddətə gələn olkənin qeyri-rezidenti olmaq lazımdır. İkincisi, alqının qiyməti verginin geri qaytarılması mümkün olan məbləğdən az olmamalıdır (bu minimumu hər ölkə müstəqil təyin edir). Üçüncüsü, mal xüsusi Tax Free nişanı olan mağazadan alınmalıdır. Və dördüncüsü, sərhədi keçənədək alınan maldan istifadə etmək olmaz. Taks-frini qaytarmaq üçün gömrükdə təqdim edilən mallar, istifadə edilməmiş və yarlıkları paketin üstündə olmalıdırlar. Bəzən əşyaların nəzarətdən keçirilməsini tələb etmirlər, lakin Tax Free-nin formulyarının üzərindəki nömrəni yarlıkın üzərində olan nömrə ilə həmişə tutuşdururlar.