Visa Infinite

From ..::Banker.az::..
Revision as of 19:58, 18 December 2011 by Yeganem (talk | contribs) (Created page with "'''Visa Infinite''' beynəlxalq Visa ödəmə sisteminin yüksək premial kart seqmenti kateqoriyasına aiddir. VİP-müştərilər, xüsusi yüksək statusu və gəlir səviyyə...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Visa Infinite beynəlxalq Visa ödəmə sisteminin yüksək premial kart seqmenti kateqoriyasına aiddir. VİP-müştərilər, xüsusi yüksək statusu və gəlir səviyyəsi olan insanlar üçün nəzərdə tutulub. Məhdud tirajda buraxılır. İlk Visa İnfinite kartı bazara 1998-ci ildə təqdim edilmişdir.

Texniki cəhətdən Visa İnfinite digər kart kateqoriyalarından fərqlənmir. Əhəmiyyətli fərq ondan ibarətdir ki, o əsas ödəmə funksiyasından başqa, sahibinə geniş əlavə xidmət və imtiyazlar təqdim edir. Visa ödəmə sisteminin digər mükafatlı kartları ilə müqayisədə, Visa İnfinite üçün xidmət və imtiyazlar toplumu daha çox genişlənir:

• bütün dünya üzrə konsyerj-xidməti (səfərlərin təşkilində yardım, aviabiletlərin, otellərin, mədəni-kütləvi tədbirlərə biletlərin bronlaşdırılması, sənədlərin çatdırılması və bir çox başqa xidmətlər);

• gecə-gündüz dəstək xidməti (məsələn, kartın bağlanması və təcili dəyişdirilməsi, kartın itirilməsi və oğurlanması zamanı nağd pulun çatdırılması, telefon vasitəsi ilə hüquqi yardımın göstərilməsi);

• sığorta xidmətləri (məsələn, kartın istifadə dövrü ərzində sahibi xarici səyahətlər zamanı tam sığorta ödəməsi ilə təmin edilir);

• “Alqının müdafiə edilməsi” proqramı. Kart vasitəsi ilə ödənilən alqıların itməsi, oğurlanması yaxud zədələnməsi hallarında vəsaitlərin geri qaytarılmasına imkan verir. Kartın sahibinə kompensasiyalar mal alınan andan 90 gün ərzində ödənilir.

• “Zəmanətin uzadılması” proqramı. İstehsalçının kart vasitəsi ilə aldığı mala olan zəmanətini kart sahibinə iki ilə kimi artırmağa imkan verir;

• Priority Pass proqramında pulsuz üzvlük;

• Visa ödəmə siteminin imtiyazlar proqramında iştirak (dünyanın elit salonlarının, idman mərkəzlərinin, mağazalarının və restoranların diskont və bonus proqramları);

Visa Infinite kartının xidmət tarifi banklar tərəfindən fərdi şəkildə private banking çərçivəsində təyin edilir.