İşlənmiş avtomobil almaq üçün Avto kredit

From ..::Banker.az::..
Revision as of 14:22, 20 December 2011 by 46.22.232.216 (talk) (Created page with "'''İşlənmiş avtomobilin alınması üçün Avto krediti''' demək olar ki, Avto krediti inkişaf edən bütün banklar verirlər. İşlənmiş maşını kreditə almaq yenisi...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

İşlənmiş avtomobilin alınması üçün Avto krediti demək olar ki, Avto krediti inkişaf edən bütün banklar verirlər. İşlənmiş maşını kreditə almaq yenisini almaqdan daha baha və çətindir. Burada faiz dərəcəsi həmişə yüksəkdir. Banklar bunu yüksək risklərlə izah edirlər, avtomobil oğurlanmış, başqa bankda girov şəkilində qoyulmuş ola bilər. Bundan başqa öz özlüyündə işlənmiş avtomobil yeni avtomobildən bank üçün daha aşağı likvidliyi olan aktivdir.

Belə kreditlər üzrə banklar borc alanlar üçün: avtomobilin istehsalçı ölkəsi və istehsal ili, yürüşü və əvvəlki sahiblərinin sayı, sığorta qiyməti, kredit müddəti, kredit üzrə ilk ödəniş kimi əlavə şərtlər və məhdudlaşmalar irəli sürürlər.

Xaricidə istehsal olunmuş avtomobilin yaşı bir qayda olaraq krediti ödəmə tarixinə kimi 10 ildən çox, yerli istehsal olan avtomobillər üçün beş ildən çox ola bilməz. Çox vaxt işlənmiş avtomobilin alınmasına kreditləşmə müddəti beş ildən artıq olmur. Kredit üzrə ilk ödəmə avtomaşının vəziyyətindən, markası və istehsal ilindən asılı olaraq 10%-dən 50%- dək ola bilər.

Bir çox banklar Çin, İran, Hindistan, Rusiya və Ukrayna istehsalı olan işlənmiş avtomobillərə kredit vermirlər.

Çox sayda banklar borc alana işlənmiş avtomobili rəsmi dilerlər vasitəsi ilə almağı təklif edirlər, lakin bəziləri birbaşa fərdi şəxsdən işlənmiş avtomobilin alınması proqramını da həyata keçirirlər. Belə proqramlar salondan əldə edilən işlənmiş avtomobillərdən daha yüksək ilk ödənişlə və kredit üzrə faizlə fərqlənirlər. Belə kreditin müddəti qısa, bir qayda olaraq üç ilə kimi olur. Bu proqram üzrə avtomobilin alınması razılaşmanın mürəkkəb rəsmləşdirilməsi yolu ilə həyata keçirilir.