Avtorizasiya

From ..::Banker.az::..
Revision as of 14:24, 20 December 2011 by 46.22.232.216 (talk) (Created page with "'''Avtorizasiya''' bank-emitent tərəfindən verilən bank kartından istifadə etməklə əməliyyatın aparılmasına icazədir. Avtorizasiya kartdan silinmə məbləğinin ba...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Avtorizasiya bank-emitent tərəfindən verilən bank kartından istifadə etməklə əməliyyatın aparılmasına icazədir. Avtorizasiya kartdan silinmə məbləğinin bank tərəfindən ticarət-xidmət təşkilatına təyin etdiyi avtorizasiya tələb etməyən alqı məbləğinin avtorizasiya olunmayan həddini keçdiyi halda aparılır. Kart sahibinin hesabının vəziyyətindən asılı olmayaraq, bank ticarət-xidmət təşkilatına bu məbləğ həddində vəsaitlərin qaytarmasına zəmanət verir.

Maqnitli bank kartından vəsaitlərin silinməsi zamanı da avtorizasiya məcburidir, çünki burada kartın sahibinin hesabının vəziyyəti haqqnda məlumat saxlanılmır.

Avtorizasiya səsli yaxud avtomatik ola bilər.

Səsli avtorizasiya üçün satıcı imprinterdən istifadə edir, prosessinq mərkəzi ilə əlaqə telefon vasitəsi ilə həyata keçirilir. Avtomatik avtorizasiya zamanı satıcı prosessinq mərkəzinə öz sorğusunu POS-terminal vasitəsi ilə formalaşdırır.

Hər iki halda satıcı müsbət cavab alarsa, prosessinq mərkəzindən avtorizasiya kodu alır (hərf-rəqəm kodu). O həyata keçirilmiş avtorizasiyanın təsdiqi üçün xidmət edir və bu, mütləq çekdə çap olunmalıdır.