İnternet – bank

From ..::Banker.az::..
Revision as of 22:02, 27 December 2011 by Yeganem (talk | contribs) (Created page with "İnternet – bank - İnternet-bankinq İnternet vasitəsi ilə bank hesabları ilə idarə etmək üçün kompleks vasitələrdir. İdeoloji tərəfdən internet-bankinq həm ...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

İnternet – bank - İnternet-bankinq İnternet vasitəsi ilə bank hesabları ilə idarə etmək üçün kompleks vasitələrdir. İdeoloji tərəfdən internet-bankinq həm “incə müştəri” (istifadəçi əlavə program təminatı ilə təchiz olunmur, əməliyyat səhifələri adi internet-brauzerlə işlənilir) vasitəsi ilə, həm də “kök müştəri” (istifadəçinin kompüterinə məlamatı əks etdirən, banka göstərişlərin və verilən məlumatın şifrələnməsini təmin edən xüsusi proqram təminatı ilə təchiz olunmasını tələb edir) vasitəsi ilə həyata keçirilə bilər. Çox hallarda xüsusi müştərilərə xidmətin əlavə proqramlarla təchiz olunması tələb olunmur, bu səbəbdən müştəri müəyyən əməliyyat sisteminə bağlı deyil və həm PC- uyğun kompüterdən, həm də MAC yaxud hər cür portativ qurğulardan (telefondan, kommunikatorlardan, planşetlərdən) istifadə edə bilər. Əməliyyatlar standart internet-brauzerdən (Microsoft İnternet Explorer, Mozilla FireFox və sair) istifadə etməklə daxil olmaq mümkün olan bankın öz saytından istifadə etməklə həyata keçirilir. Hüquqi şəxs olan müştərilərə bank ənənəvi olaraq təşkilatın kompüterinə qoyulan İnternet vasitəsi ilə əməliyyatların həyata keçirilməsi üçün xüsusi proqram təminatı ilə (müştəri-bank) təchiz olunan “dolu müştəri” təklif edir.

Uzaqdan ötürülən əməliyyatlar (bankın imkanlarından və istifadəçinin verdiyi üstünlüklərdən asılı olaraq) elektron-rəqəmsal imza, bir dəfə istifadə olunan parolla (cədvəldən və ya dəyişən kodlar kartından yaxud parollar generatorundan, SMS vasitəsi ilə gələn xəbərdən), xüsusi ödəmə parolu ilə yaxud bəzi bankların terminologiyasında olan “PİN2” ilə təsdiq edilir.