İpoteka şənbəsi
From ..::Banker.az::..
İpoteka şənbəsi - İpoteka şənbəsi banklar tərəfindən vətəndaşları ipoteka krediti şərtləri üzrə ətraflı tanış etmək məqsədi ilə hazırlanmış tədbirdir.
Bir qayda olaraq, belə görüşləri banklar özlərinin ipoteka krediti mərkəzlərində keçirilirlər. Məsələn Sberbank, Rayffayzenbank ipoteka şənbələrini müntəzəm olaraq keçirirlər.
Bu tədbirdə bankın ipoteka proqramları haqqında ətraflı danışan və kredit üzrə ilkin hesablamalar yerinə yetirən maliyyə təşkilatlarının kreditlər üzrə məsləhətçiləri iştirak edirlər. Eləcə də belə şənbələrdə bankın partnyorları kimi çıxış edən yaşayış evləri tikənlər, daşınmaz əmlak agentlikləri iştirak edirlər. Onlar vətəndaşlara məsləhətlər verir, yaşayış evinin mümkün variantlarını seçməyə kömək edirlər.