İpoteka kalkulyatoru
İpoteka kalkulyatoru – ipoteka üzrə ödəmələri hesablamağa imkan verən kompüter proqramıdır.
İpoteka kreditini hesablamaq üçün adətən borcun miqdarını, illik faiz dərəcəsini, ödəmə dövriyəsini, kreditin müddətini daxil etmək lazımdır. Eləcə də bir qayda olaraq yaxşı ipoteka kalkulyatoru ipoteka borcunu almaq üçün bank komissiyası, ipotekanın sığortalanması üçün sərf edilmiş vəsaitlər kimi əlavə xərcləri nəzərə almağa kömək edir.
İpoteka borcunun iki variantda – annuitet və dərəcələrə ayrılmış ödənişlərlə verilə biləcəyi səbəbindən, adətən menyuda müvafiq bəndin seçilməsi təklif edilir.
Bundan sonra “Krediti hesablamaq” düyməsini basmaq və rəqəmlər, yaxud hətta cədvəl şəklində gələcək ödəmələrin hazır nəticələrini almaq olar.
Bir çox ipoteka kalkulyatorları əlavə funksiyalarla təchiz olunurlar. Məsələn, müəyyən ölçüdə olan borc üzrə pulları qaytarmaq üçün nə qədər vaxt tələb olunduğunu hesablamaq imkanı olan kalkulyatorlar vardır. Və əksinə, faiz dərəcəsinə əsaslanaraq ödəmənin mümkün ölçüsünü, müddətini, borcun ödənilməsini planlaşdıraraq, nə qədər miqdarda kredit almağa ümid olmasını bilmək olar.