Kapitallaşma

From ..::Banker.az::..
Revision as of 09:35, 5 January 2012 by Yeganem (talk | contribs) (Created page with "'''Kapitallaşma''' iki məna daşıyır. Birincisi, mühasibatlıq nöqteyi-nəzərindən kapitallaşma prosesi nəticədə şirkətin qazancı sayəsində onun nizamnamə kapit...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Kapitallaşma iki məna daşıyır. Birincisi, mühasibatlıq nöqteyi-nəzərindən kapitallaşma prosesi nəticədə şirkətin qazancı sayəsində onun nizamnamə kapitalını artıran prosesdir. Bunun üçün şirkətin səhmdarlarının iclasının müvafiq qərarı tələb olunur. İkincisi, bazar kapitallaşması kimi anlayış mövcuddur, bu - birjada buraxılmış səhmlərin miqdarının bir səhmin qiymətinə olan hasilidir.

Bazar kapitallaşmasının qiymətləndirilməsi azad bazarın məcmu faktorların şirkətin qiymətinə təsirini nəzərə alma qabiliyyətinin olması nəzəriyyəsinə əsaslanır. Məhz birja hərracları zamanı və ancaq onların sayəsində şirkətin əsl dəyərini təyin etmək mümkündür.