Kommersiya bankı
Kommersiya bankı - bank xidmətləri göstərməkdə ixtisaslaşmış kredit təşkilatı olan bank növüdür. Bir qayda olaraq, kommersiya bankları universaldırlar, onlar həm hüquqi, həm də fiziki şəxslərə xidmət göstərirlər.
Kommersiya banklarının fəaliyyətinin nizamlanması
Kommersiya bankları bank fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq lisenziya alırlar. Nizamlayıcı rol Mərkəzi bankın üzərinə qoyulur. Kommersiya banklarının bank fəaliyyəti
• Kommersiya banklarının hüquqi şəxslərə göstərdikləri xidmətlər: • hesab-kassa xidməti; • hüquqi şəxslərin, o cümlədən kiçik biznesin kreditləşdirilməsi; • korporativ plastik kartların buraxılması və əmək haqqı layihələri; • sənədlər əsasında keçirilən əməliyyatlar və valyuta nəzarəti; • digər ixtisaslaşdırılmış əməliyyatların, o cümlədən faktorinqin, lizinqin və sair əməliyyatların keçirilməsi. Kommersiya banklarının fiziki şəxslərə göstərdiyi xidmətlər: • hesab-kassa xidməti; • plastik kartların buraxılışı; • təcili əmanətlərin və depozitlərin yerləşdirilməsi; • kreditləşmə, o cümlədən istehlak, avtokredit, ipoteka borclarının verilməsi;
Bundan başqa, kommersiya bankları öz müştərilərinə broker xidməti və qiymətli kağızlar bazarında etibarlı idarə etmə kimi investisiya xidmətləri göstərirlər. Bir qayda olaraq kommersiya banklarının öz mübadilə məntəqələri olur və onlar nağd valyuta ilə əməliyyatlar həyata keçirirlər. Kommersiya banklarının mənfəəti Kommersiya banklarının yaradılmasının məqsədi mənfəət əldə etmək olduğu səbəbindən kommersiya bankları adlandırılır. Bankın gəliri iki əsas tərkib hissədən: cəlb edilmiş və yerləşdirilmiş pul vəsaitlərinin qiymət fərqindən və təklif olunan xidmətlərdən ibarətdir. Bundan başqa əsas da olmasa, lakin əhəmiyyətli gəlir mənbəyi - cərimə və penilərdir (məsələn, verilmiş borclar üzrə ödənişlərin vaxtı keçdikdə).