Borcların cəmləşdirilməsi
Borcların cəmləşdirilməsi (англ. debt consolidation) - bir neçə kredit hesablarının bir qayda olaraq azaldılmış dərəcələrlə borcün ödənilməsi məqsədi ilə birində birləşdirilməsidir.
İstehlak kreditləşməsində məlum metodika inkişaf etmiş qərb ölkələrində yayılmışdır, borcların cəmləşdirilməsi ilə vasitəçi şirkətlər məşğul olurlar. İlk baxışdan bu - borcu idarəetmə üsulu əlverişli görünür: bir kredit hesabı ilə idarə etmək bir neçəsini idarə etməkdən daha asandır, faiz dərəcələri isə azaldıla bilər və sair. Lakin ekspertlər xəbərdarlıq edirlər ki, müştərilər nəticədə borcların cəmləşdirilməsi proqramları üzrə çox vaxt adi kreditlərin ödənilməsindən daha çox vəsait ödəməli ola bilərlər. Bundan başqa, bu sahədə fırıldaq halları və vicdansız vasitəçi-şirkətlər tərəfindən yerinə yetirilməyən öhdıliklər çox olmuşdur.