Bretton-Vuds valyuta sistemi
Bretton-Vuds valyuta sistemi - 1944-1976-cı illərdə mövcud olan beynəlxalq qarşılıqlı hesablama və valyuta münasibətləri sistemidir. BMT-nin konfransının ABŞ-ın Bretton-Vud şəhərində keçirilməsi şərəfinə belə adlandırırlıb. Məhz Bretton-Vuds sistemi dolları beynəlxalq hesablaşmalar və ehtiyatların saxlanması vasitəsinə çevirmişdir.
Əsas prinsipləri aşağıdakılardır:
• 1 ABŞ dolları 1 troya unsiyasını 35 dollar hesabında dəyişməsi mümkün olan beynəlxalq hesablaşma valyutası kimi qəbul edilir;
• Britaniya funt sterlinqi, Alman markası və sairə kimi digər dünya valyutaları dollara bağlanırlar;
• Mərkəzi banklar valyuta intervensiyasından istifadə etməklə öz valyutalarının sabit məzənnəsini təmin edirlər;
• ehtiyac olduğu halda iştirakçı ölkələr valyutanı devalvasiya yaxud revalvasiya edə bilərlər;
• ölkələr həmçinin qarşılıqlı yardım göstərmək üçün Dünya Bankı, Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq maliyyə təşkilatlarının yaradılması haqqında razılığa gəlmişlər.
Bretton-Vuds sistemi dünya iqtisadiyyatını İkinci dünya müharibəsindən sonra yeni səviyyəyə çıxarmaq üçün yaradılmışdır. Hesab edilir ki, o öz vəzifəsinin öhdəsindən gəlmişdir, lakin sonra inkişaf edən dünya ticarətinə hesablaşmaq üçün nağd qızılla təmin edilmiş ABŞ dollarından daha çox hesablaşma vəsaiti tələb olunur. Bu səbəbdən 1976-cı ildə valyutanın qiymətli metalla mübadiləsi tamamilə dayandırılır. Nəticədə aparıcı dövlətlər bu günə kimi fəaliyyət göstərən yeni beynəlxalq müqavilə bağlayaraq Yamayka valyuta sistemi adlandırılan qurum yaratmışlar.