İpoteka əmanəti
İpoteka əmanəti - ipoteka üzrə ilk ödəmənin yığılmasını nəzərdə tutan məqsədli əmanətdir. Belə əmanətlərə bütün saxlama müddəti ərzində mədaxilə oluna bilər, faizlər isə bir qayda olaraq hər ay hesablanaraq əlavə edilir və depozitin cəminə əlavə olunur. Məxaric əməliyyatları nəzərə alınmayıb, eləcə də əmanətin avtomatik olaraq vaxtının uzadılması mümkün deyil. Əmanətin saxlanması müddətinin sonunda yığılan vəsaitlər (qismən yaxud tamamilə) bank tərəfindən ipoteka üzrə ilk ödənişin verilməsinə yönəldirilir Müştərinin bu vəsaitlərin ilk ödənişin verilməsi üçün köçürülməsindən imtina etmək hüququ var. Bu halda əmanət sadəcə bağlanır. Belə vəziyyətdə depozitin bağlanmasının şərtləri və xüsusiyyətləri bank tərəfindən müqavilədə qeyd olunur. Əmanətin vaxtından əvvəl ləğv edilməsi zamanı bir qayda olaraq əmanətlərin tələb dərəcəsi yaxud bank tərəfindən təyin edildiyi xüsusi dərəcələr qüvvədə olurlar.
İpoteka depozitinin olması əmanətçiyə güzəştli şərtlərlə kredit almaq imkanı yaradır, lakin bu, kredit verilməsinin müsbət həll olunacağı haqqında zəmanət vermir. Bütün hallarda bank üçün həlledici faktor kimi borc alanın kredit qaytarma qabiliyyətinin olması qalacaqdır. İpoteka əmanəti gəlirliliyinə görə adətən digər təcili bank əmanətlərindən bir neçə faiz bəndi geri qalır. Bu səbəbdən belə depozit müştərinin ancaq həmən bankda ipoteka alacağını planlaşdırdığı halda maraqlı olur.