Krekinq
Krekinq - İngilis mənşəli krekinq sözü tərcümədə /cracking/ ayrılma mənasını ifadə edir. Termik və katalik olaraq krekinq prosesi iki tiplidir. Termik krekinq 550 dərəcə və 4-6 atmosfer təzyiqlərdən aparılır. Katalik krekinqdə isə katalizatorlardan istifadə olunur və proses 500 dərəcə istilik altında həyata keçirilir. Emalın hansı tip üzrə aparılmasının səmərəliliyini mütəxəssislər müəyyən edirlər. Emal prosesində neft 300-360 dərəcə qızdırdıqda qaynayır, ən aşağı qatda mazut, ən yüksəkdə benzin buxarı, növbəti pillədə qazoyl, 170-230 dərəcədə isə kerosin və liqroin yığılır. İlk emalda neftdən 5%-ə qədər, emal keçdikdən sonra mazutdan yüksək təzyiq altında 50 atmosferdə, 450-500 dərəcə temperaturda benzin alınır.
Mənbə : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə
web səhifəsi: www.elshanhajizadeh.com