Akkreditə olunmuş investor

From ..::Banker.az::..
Revision as of 13:13, 13 June 2012 by Roby (talk | contribs) (Created page with "'''Accredited investor''' - 1) Maliyyə məsələlərində səlahiyyətlərinə münasibətdə müvafiq tələblərə uyğun gələn institusional və ya fərdi investor; 2) AB...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Accredited investor - 1) Maliyyə məsələlərində səlahiyyətlərinə münasibətdə müvafiq tələblərə uyğun gələn institusional və ya fərdi investor; 2) ABŞ-da illik gəlirlərinin, xalis aktivlərinin və investisiya qoyuluşlarının həcmi ABŞ Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyasının müəyyən etdiyi müvafiq tələblərə cavab verən investor. Bu tələblərə cavab verən investorlar məhdud məsuliyyətli əməkdaşlıqda iştirak edən investorların sayına qoyulan məhdudiyyətin təsir dairəsinə düşmürlər. ABŞ qanunvericiliyinə görə akkreditə olunmuş investor aşağıdakı tələblərdən birinə cavab verən fiziki şəxs hesab olunur: (i) özünün və ya həyat yoldaşı ilə birlikdə malik olduğu xüsusi kapitalın məbləği 1 mln. ABŞ dollarından çoxdur və ya (ii) son ardıcıl iki il ərzində hər il üçün özünün gəliri 200 min ABŞ dollarından və ya həyat yoldaşı ilə birlikdə gəliri 300 min ABŞ dollarından çoxdur və cari ildə gözlənilən gəlirin bu səviyyədən az olmayacağına tutarlı əsaslar vardır.



Yerli Iqtisadi Inkisaf Mərkəzi