Talk:Aktuariat

From ..::Banker.az::..
Revision as of 09:20, 14 June 2012 by Roby (talk | contribs) (Created page with "'''Actuariat''' - Maliyyə, xüsusilə də sığorta əməliyyatlarında ehtimal nəzəriyyəsi, statistika və riyazi üsulların tətbiqi sahəsi. Əvvəllər aktuariatdan yaln...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Actuariat - Maliyyə, xüsusilə də sığorta əməliyyatlarında ehtimal nəzəriyyəsi, statistika və riyazi üsulların tətbiqi sahəsi. Əvvəllər aktuariatdan yalnız həyat sığortasında istifadə olunsa da, sonralar bu üsullar sığortanın digər növlərinə də tətbiq olunmağa başladı. Hazırda qiymətli kağızlar ba zarında investisiya risklərinin qiymətləndirilməsi başda olmaqla, bir sıra maliyyə əməliyyatlarında da aktuariatdan istifadə olunur. Aktuariat maliyyə riyaziyyatının əsasını təşkil edir. Aktuariat istiqrazların nəzəri əsaslandırılmasi və praktiki tətbiqində də öz əksini tapmışdır. Bundan əlavə, ehtimalın hesablanması əsasında seçim edilən maliyyə əməliyyatlarında da aktuariat tətbiq edilməyə başlanmışdır: birja siyasətinin formalaşması, likvid vəsaitlərdən istifadə edilməsi yollarının müəyyənləşdirilməsi, gəlirlərin aktuallaşdırılmasına əsaslanan investisiyaların seçilməsi bu qəbildəndir.



Yerli Iqtisadi Inkisaf Mərkəzi