Beta əmsalı
From ..::Banker.az::..
Beta - Fond bazarında qiymətli kağızın kursunun dəyişməsi ilə ümumi bazar kursunun dəyişməsi arasında kəmiyyət nisbətini ifadə edən göstərici. Beta əmsalı AK&M agentliyi tərəfindən hesablanır. Əgər Beta əmsalı müsbətdirsə, onda bu qiymətli kağızın səmərəliliyi bazarın səmərəliliyinə uyğundur. Mənfi beta əmsalı zamanı həmin qiymətli kağızın səmərəliliyi bazarın səmərəliliyi artdıqca azalacaqdır. Beta əmsalını, həmçinin, qiymətli kağızlara investisiya riskinin ölçüsü hesab etmək olar. Beta əmsalının böyük olması zamanı investisiyaların risk dərəcəsi orta hesabla bazara görə yüksəkdir. Beta əmsalının kiçik olması zamanı investisiyaların risk dərəcəsi aşağı olur.
Yerli Iqtisadi Inkisaf Mərkəzi