Birja möhtəkirliyi
From ..::Banker.az::..
Exchange speculation - Qiymətli kağızların alqı-satqısı üzrə birja sövdələşməsinin (əməliyyatının) bir növüdür. Birja sövdələşməsi kimi birja möhtəkirliyinin də məqsədi alınan və satılan qiymətli kağızların qiymətlərindəki fərqdən mənfəət əldə etməkdir. Birja möhtəkirliyinin funksiyasına perspektivdə satın alınmış qiymətli kağızlardan gəlir (divident) alınması yox, yalnız onların alındığı qiymətdən yuxarı satışı daxildir. Bu mənada birja möhtəkirliyi normal birja fəaliyyətinin ayrılmaz və tamamilə təbii elementidir, bunun da mahiyyəti son nəticədə əmtəələrin istehsalından yox, onların təkrar satışından mənfəət əldə etməkdən ibarətdir.
Yerli Iqtisadi Inkisaf Mərkəzi