Çek
Check (cheque) - 1) Bankda və ya digər kredit təşkilatlarında hesabı olan şəxsin həmin banka, yaxud kredit təşkilatına onun hesabında olan pul vəsaitinin bir hissəsinin və ya bütünlüklə başqa şəxsin hesabına köçürülməsi, eləcə də, nağd ödəniş şəklində başqa şəxsə, yaxud özünə verilməsi barəsində tapşırığın əks olunduğu qiymətli kağız. Qiymətli kağızın bir növü kimi çek özündə aşağıdakı məlumatları əks edir: (i) sənədin üzərində onun çek olduğunu təsdiq edən “çek” sözü. (ii) ödənişi həyata keçirən subyektin (bankın və s.-nin) və hesabın adı; (iii) ödənişi barəsində tapşırıq verilmiş pul vəsaitinin məbləği; (iv) çeki təqdim edən tərəfin rəsmi tapşırığını təsdiq edən imza; (v) ödənişin aparıldığı valyuta və s. Çek məhdud zaman müddətində (adətən 10 gün müddətində) qüvvədə olur. Yəni, tapşırıq alan tərəf çekin icrasını həmin müddət ərzində həyata keçirməlidir. 2) Alqı-satqı münasibətləri zamanı kassa mədaxilini təsdiq edən sənəd. Burada çek alqı-satqı münasibətlərinin həqiqiliyini sübuta yetirir və maliyyə, o cümlədən vergi nəzarətinin bir aləti kimi çıxış edir.
Yerli Iqtisadi Inkisaf Mərkəzi