Deflyasiya
Deflation - 1) Əmtəə və xidmətlərin cari ilə qiymətlərinin bazis ili kimi görülmüş ilin qiymətlərinə yenidən hesablanması prosedurası (məsələn, ümumi milli məhsulun deflyatoru); 2) İnflyasiyanın azaldılması üçün tətbiq edilən və əsasən tədavüldən artıq pul kütləsinin müəyyən hissəsinin çıxarılmasına yönəldilmiş dövlət tədbirləri kompleksidir: qiymətli kağızların buraxılması, nağd pulun cəlb edilməsi üçün banklarda faiz dərəcələrinin artırılması, vergi vasitələri və pul islahatlarına və pul mübadiləsinə (denominasiya) qədər sair vasitələr. Belə ki, kreditlərin ödənişinin məhdudlaşılması (uçot dərəcəsinin qaldırılması nəticəsində) kapital qoyuluşlarının azaldılmasına gətirib çıxardığından deflyasiya son nəticədə işsizliyin genişlənməsinə səbəb olur; 3) İqtisadiyyatda qiymətlərin ümumi səviyyəsinin azalması (inflyasiyaya əks olaraq), adətən 2-ci bənddə sadalanan tədbirlər nəticəsində makroiqtisadi tarazlığın pozulması, o cümlədən iqtisadiyyatda məcmu tələb səviyyəsinin aşağı düşməsi nəticəsində qiymətlərin azalması və bundan asılı olaraq istehsalın azalması ilə iqtisadi böhranın müşahidə olunması. Bu zaman iqtisadiyyatda inflyasiyanın əksi olan proses baş verir. Deflyasiya zamanı qiymətlərin ümumi səviyyəsi aşağı düşür, pulun alıcılıq qabiliyyəti artır (əks inflyasiya). Dövlət deflyasiya sindromunu aradan qaldırmaq üçün müxtəlif vasitələrlə antideflyasiya tədbirlərini həyata keçirir.
Yerli Iqtisadi Inkisaf Mərkəzi