Ehtiyat fondu
Reserve fund - Kommersiya banklarının məcburi qaydada yaradılan və bir qayda olaraq müəyyən edilmiş normativlər əsasında il ərzində, yaxud illik mühasibat hesabatı bankın təsisçilərinin (payçılarının) ümumi yığıncağı tərəfindən təsdiq edildikdən sonra mənfəətdən ayırmalar hesabına yaranan fonddur. Bankın təsis sənədlərinə əsasən bankın payçılarının birdəfəlik ödənişlərinin ehtiyat fonduna köçürülməsi nəzərdə tutulmuş olarsa, bu cür köçürmələrə də yol verilir. Ehtiyat fondu üçün ayırmalar bankın nizamnaməsində nəzərdə tutulan həcmdə aparılır. Azərbaycan Respublikasının qanunvericiliyinə görə əhali arasında işləyən banklar üçün ehtiyat fondunun həcmi bankın nizamnamə fondunun 10%-dən az ola bilməz.Ehtiyat fondunun vəsaitləri bankın planlarında nəzərdə tutulmayan əməliyyatlar üzrə xərclərin və yarana biləcək zərərlərin ödənilməsi üçün nəzərdə tutulmuşdur. Ehtiyat fondunun vəsaitləri həm də bankın ödənilmiş nizamnamə kapitalının 10%-dən artıq məbləğdə bankın nizamnamə kapitalının artırılmasına yönəldilə bilər. Xüsusi kapitalın kafilik normativləri hesablanarkən ehtiyat fondunun vəsaitləri birinci səviyyəli kapitala aid edilir.Səhmdar cəmiyyətində ehtiyat kapital (fond) qüvvədə olan qanunvericiliyə müvafiq qaydada yaradılır və zərərlərin ödənilməsi üçün, eləcə də səhmdar cə miyyətinin istiqrazlarının ödənilməsi və başqa vəsaitlər olmadıqda onun səhmlərinin girovdan çıxarılması üçün nəzərdə tutulmuşdur. Səhmdar cəmiyyətində ehtiyat fondunun həcmi təşkilatın nizamnaməsi ilə müəyyən edilir, lakin o, nizamnamə kapitalının 15%-dən az ola bilməz. Başqa təşkilatlarda ehtiyat kapitaldan istifadə edilməsi qaydası onların nizamnamələri ilə müəyyən edilir. Ehtiyat fondunun vəsaitləri cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məbləğə çatana qədər bu fonda illik ayırmaların həcmi xalis mənfəətin 5%-dən az ola bilməz. Qanunvericiliyə əsasən ehtiyat fondunun yaradılması nəzərdə tutulmayan təşkilatlarda bu fond xalis mənfəət hesabına yaradıla bilər.Kommersiya bankları da qiymətli kağızların qiymətdən düşdüyü halda onların məzənnəsinin azalması nəticəsində yaranan zərərləri ödəmək məqsədilə ehtiyat fondu yaradır, bankın məsrəflərinə aid edilən və ssudalar üzrə yarana biləcək itkiləri ödəmək üçün ssualar üzrə ehtiyatlar, eləcə də bankın inkişafı –bank üçün avadanlıq, daşınmaz əmlak alınması və başqa məqsədlər üçün nəzərdə tutulan iqtisadi inkişaf fondları yaradırlar.
Yerli Iqtisadi Inkisaf Mərkəzi