Forfeytinq
Forfeiting - Bank və ya maliyyə şirkəti tərəfindən alıcının ticarət əməliyyatları üzrə borc öhdəliklərinin satıcılardan alması yolu ilə ticarət əməliyyatlarının kreditləşdirilməsi forması. Forfeytinqdən xarici ticarət əməliyyatlarının kreditləşdirilməsində geniş istifadə olunur. Belə kreditləşdirmə müvafiq maliyyə agentinin idxal edən tərəfindən akseptləşmiş veksellərin ixrac edəndən satın alınması formasında həyata keçirilir. Forfeytinqin şərtlərinə uyğun olaraq satıcı özünün alıcıya qarşı tələblərini konkret maliyyə agentinə güzəştə gedir. Bu halda satıcı faizlər çıxılmaqla veksellərin bütün məbləğini dərhal alır. Borclu (əmtəələrin alıcısı) isə özünün öhdəliklərini bir qayda olaraq yarım illik ödəniş yolu ilə ləğv edir. Forfeytinq veksellərin kommersiya bankları tərəfindən aparılan adi uçotundan onunla fərqlənir ki, bu halda borc öhdəliyi üzrə bütün risklərin həmin öhdəliyin alıcısına – forfeytora keçməsinə yol verilir. Bununla əlaqədar forfeytor alıcının fəaliyyət göstərdiyi ölkədəki elit bankın təminatlarının təqdim edilməsi barədə tələb irəli sürmək vəzifəsi yaranır. Forfeytinq satıcının debitor borcunu azaltmağa, balansın strukturunu təkmilləşdirməyə, kapital dövriyyələrinin sayını artırmağa imkan verir. Forfeytinqin üstünlükləri – kreditvermə də rəcə lərinin sabitliyi, veksellərin və digər borc tələbnamələrinin tək rar alışının rəsmiləşdirilməsinin sadəliyi. Adətən forfeytinq bank kreditindən baha başa gəlir. Ödəniş müddəti üçün uzun müddətə (1 ildən 7 ilə qədər) nəzərdə tutulan iri məbləğdə maşın və avadanlıqlar satışında çox vaxt forfeytinqdən istifadə edilir. Forfeytor ödəniş müddəti çatana qədər sənədləri özündə saxlaya bilər, yaxud dövriyyə etməmək əsasında başqa forfeytinq firmasına verə bilər. Ödəniş müddəti çatdıqda bu sənədlərin son saxlayıcısı onları ödəniş üçün banka təqdim edir
Yerli Iqtisadi Inkisaf Mərkəzi