Korporasiya
Corporation - Payçılıq prinsipi əsasında fəaliyyət göstərən hüquqi şəxs statusuna malik sahibkarlıq fəaliyyəti üzrə təşkilat forması.Korporasiya həm dövlət, həm də özəl mülkiyyətə malik ola bilər. Maliyyə bazarında vasitəçilik fəaliyyəti ilə məşğul olan, yaxud başlıca fəaliyyəti maliyyə münasibətlərindən ibarət olan mü əssisə, təşkilat maliyyə korporasiya adlanır. Beynəlxalq səviyyədə korporasiyaya misal kimi Beynəlxalq Maliy yə Korporasiyasını (BMK) göstərmək olar. BMK üzv ölkələrin sənaye sahələrinə investisiya qoyuluşunu stimullaşdırmaq, eləcə də həmin ölkələrdə özəl sektoru möhkəmləndirmək və genişləndirmək məqsədilə 1956-cı ildə Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının filialı kimi yaradılan beynəlxalq maliyyə-kredit institutudur. BYİB-in əsas fəaliyyətindən fərqli olaraq, BMK üzv ölkələrə yönəltdiyi kreditlər üçün hökumət zəmanəti tələb etmir, beləcə bütün kredit riskini öz üzərinə götürür. BMK-nın BYİB-dən daha bir fərqi ondadır ki, bu maliyyə qurumunun kreditləşdirdiyi sahələr içərisində sənaye əsas yer tutur. Bu maliyyə institutu tərəfindən təqdim olunan kreditlərin orta müddəti 7-8 il, maksimal müddəti isə 15 ildir. Hazırda 170-dən çox ölkə bu qurumun üzvlüyünə daxildir. BMK BYİB ilə vahid rəhbərlik altında birləşməmişdir.
Yerli Iqtisadi Inkisaf Mərkəzi