Pul təklifi

From ..::Banker.az::..
Revision as of 09:15, 28 June 2012 by Roby (talk | contribs) (Created page with "'''Money supply''' - Müəyyən dövr ərzində hər hansı ölkənin iqtisadiyyatında dövriyyədə olan ümumi pul kütləsi təklifi. Pul təklifinin həcminin artmasını...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Money supply - Müəyyən dövr ərzində hər hansı ölkənin iqtisadiyyatında dövriyyədə olan ümumi pul kütləsi təklifi. Pul təklifinin həcminin artmasının pula tələbin sabit qaldığı şəraitdə yalnız inflyasiya ilə nəticələnməsi qənaətində olan iqtisadçılar üçün pul təklifi inflyasiyaya nəzarət etmək üçün mühüm alət hesab olunur. Pul təklifinə nəzarət etmək üçün tənzimləyicilər pul təklifinin hansı konkret göstəricisinin hədəfə alınmasına dair qərar qəbul etməlidirlər. Lakin, hədəf göstəricisi nə qədər geniş olarsa sözügedən hədəfə nəzarət edilməsi bir o qədər çətin olacaqdır. Lakin, məqsədəuyğun olmayan dar pul kütləsinin hədəfə alınması da ölkədə mövcud olan ümumi pul kütləsinə qeyri-adekvat nəzarət olunmasına gətirib çıxara bilər.



Yerli Iqtisadi Inkisaf Mərkəzi