Unsiya
From ..::Banker.az::..
Unsiya (lat. uncia) — kütlə ölçülməsi üçün istifadə olunun bir neçə ölçü vahididir. Unsiya digər bir vahidin 12-də bir hissəsinə bərabərdir. Termin öz başlanğıcını qədim Romadan götürür, həmin vaxtlar unsiya pul vahidi olan librin 12-də bir hissəsini bildirirdi. O, orta əsrlərdə Avropada əsas çəki vahidlərindən biri olub. Bu gün isə qiymətli metallar ticarətində -troy unsiyası, həmçinin funt ölçü sisteminin tətbiq edildiyi ölkələrdə (məsələn ABŞ) çəki vahidi kimi istifadə olunur. Bir averdüpua unsiyası 28,35 qramdır.
Yerli Iqtisadi Inkisaf Mərkəzi