HR
From ..::Banker.az::..
Human resources –təşkilatın, biznes sektorunun və ya iqtisadiyyatın əmək qüvvəsini təşkil edən insanlar çoxluğudur. "Human capital" –"insan kapitalı" bəzən insan resursları ifadəsinin sinonimi kimi işlənir. Baxmayaraq ki, insan kapitalı bir qayda olaraq, daha məhdud nəzər nöqtəsinə aid edilir, yəni insanların gerçəkləşdirə biləcəyi və təşlkilata töhfə verəcək bilik. Eyni qaydada bəzən digər terminlərin istifadəsinə də rast gəlinir, məsələn "kadrlar", "talantlar", "işçi qüvvəsi" və ya sadəcə "xalq". İnsan resursları üzərində nəzarəti həyata keçirən peşəkar nəzəriyyə və ya biznes funksiyası -human resource management (insan resursları menecmenti, HRM və ya sadəcə HR) adlanır.