Tədiyyə balansı

From ..::Banker.az::..
Revision as of 10:38, 23 November 2011 by 46.22.227.231 (talk) (Created page with "'''Tədiyyə balansı''' - əmtəə, kapital və xidmət ixracı idxal ilə birlikdə ölkənin tədiyyə balansını təşkil edir. Mənbə : Iqtisad elmləri doktoru, p...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)
Jump to: navigation, search

Tədiyyə balansı - əmtəə, kapital və xidmət ixracı idxal ilə birlikdə ölkənin tədiyyə balansını təşkil edir.

Mənbə  : Iqtisad elmləri doktoru, professor Elşən Hacızadə web səhifəsi: www.elshanhajizadeh.com



Tədiyyə balansı (balance of payments) – müəyyən dövrə (il, rüb, ay) görə ölkənin xaricə ödədiyi və xaricdən aldığı daxilolmaların nisbətidir (ikili mühasibat yazılışı əsasında). Tədiyyə balansı beynəlxalq hesablaşmalar balansının geniş yayılmış forması olub ölkənin müəyyən vaxt ərzində xarici iqtisadi əlaqələrinin vəziyyətini əks etdirir. Adətən tədiyyə balansının strukturu aşağıdakı kimi olur:

  • cari əməliyyatlar hesabı;
  • kapitalın və maliyyənin hərəkəti hesabı;
  • xalis səhvlər və buraxılışlar;
  • valyuta rezervlərindəki dəyişikliklər.

Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı