Birbaşa şəxsi vergilər
From ..::Banker.az::..
Revision as of 14:21, 28 November 2011 by 46.22.226.45 (talk) (Created page with "'''Birbaşa şəxsi vergilər (direct private/personal taxes)''' – gəlir mənbəyindən və ya bəyannamə üzrə hüquqi və fiziki şəxslərin gəlirlərinə və əmlakına...")
Birbaşa şəxsi vergilər (direct private/personal taxes) – gəlir mənbəyindən və ya bəyannamə üzrə hüquqi və fiziki şəxslərin gəlirlərinə və əmlakına görə vergiləri əks etdirir. Buna görə də, real birbaşa vergilərdən fərqli olaraq, vergi yığımı obyektləri orta hesabla deyil, konkret olaraq hər bir vergi ödəyicisi üzrə nəzərə alınır. Birbaşa şəxsi gəlirlərə əhalidən yığılan gəlir vergisi, hüquqi şəxslərin gəlirlərindən vergi, kapital dövriyyəsindən əldə olunan gəlirlərdən vergi, əlavə mənfəətdən vergi və əmlak vergisi aid edilir.
Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı