Öküzlər və ayılar
“Öküzlər” və “ayılar” - valyuta yaxud qiymətli kağızlar məzənnələrinin yüksəlməsi və aşağı düşməsində oynayan birja dairələrində ümumi qəbul edilmiş bazar iştirakçılarının adıdır.
“Öküzlər” (ing. bull) aktivlərin qiymətlərinin artmasında qazanmağa cəhd edən qiymətli kağızlar alverçiləridir. Adın əsasına öküzün rəqibə hücum çəkdiyi zaman onu buynuzları ilə yuxarı qaldırması təsəvvürü qoyulmuşdur.
“Ayılar” (ing. bear) bazarın zəifləməsində pul qazanan hərrac iştirakçılarıdırlar. Bu halda hesab edilir ki, düşmənə hücum zamanı ayı əksinə olaraq onu yerə sıxır. Əgər bazarda “öküzlər” çoxluq təşkil edirlərsə, yəni birjanın ticarət sistemində alqı üçün kütləvi sifarişlər durursa, məzənnə yüksəlirsə, belə bazarı “öküz” bazarı adlandırırlar. Və əgər əksinə, - satıcılar çoxsa, məzənnə düşürsə, o “ayı” bazarı hesab olunur.
Bundan başqa qiymətli kağızlar törəməsi sazişləri bazarında satıcıları “ayılar”, alıcıları isə “öküzlər” adlandırmaq qəbul edilmişdir.
Səhmlər bazarında öküzlər və ayılar obrazı o qədər populyar olub ki, bu iki heyvana heykəllər qoyulub. İtalyan skulptoru Arturo Di Modikanın (Arturo Di Modica) yaratdığı ən tanınmış öküz Nyu-Yorkda Uoll-stritdə qoyulmuşdur. Eləcə də bu iki heyvanın fiqurları Frankfurt-Mayn-da yerləşən birjanın qarşısında qoyulmuşdur və Şanxayın fond birjası binasında da öküz heykəli qoyulmuşdur. Lakin birja heyvanları kimi ancaq “öküzlər” və “ayılar” qəbul edilməyib. Az məlum olan, lakin buna baxmayaraq digər müqayisələr də mövcuddur. Bəzən birja mühitində aşağıda göstərilən sakinlər olur:
“Qoyunlar” - almaq yaxud satmaq seçimlərinə hamıdan sonra qərarlarını təyin edən bazarın daha çox qorxaq yaxud ehtiyatlı iştirakçılarıdır.
“Dovşanlar” - bir ticarət sessiyası daxilində aktivləri alaraq və sataraq az miqdarda qalxıb enən məzənnədə qazanc əldə etmək üçün cəhd edənləri belə adlandırırlar.
“Donuzlar” - bu heyvanın tamahkarlığı ingilislərin ənənəvi təsəvvüründə əlverişli mövqeni son vaxta kimi, hətta bazarda ümumi meyl dəyişəndə belə mövqelərini saxlamağa cəhd edən bazar iştikaçılarıdır.
Hesab edilir ki, bazar iştirakçıları hər zaman eyni mövqedən iştirak etmirlər. Yəni gec yaxud tez vəziyyətdən asılı olaraq onlar öz baxışlarını dəyişirlər. Bu halda eyni bir iştirakçı həm “öküz”, həm də “ayı” ola bilər.