İndeksləşdirmə
İndeksləşdirmə (indexation) – pula olan tələbin və müxtəlif gəlirlərin inflyasiya şəraitində real göstəricisinin qorunub saxlanılması üsuludur. Bu, monetar öhdəliklərlə qiymət səviyyəsi arasındakı avtomatik əlaqənin girişidir. Bu, əmək haqlarına, qiymətlərə və vergilərə şamil edilə bilər. Praktika da onu bildirir ki, uzunmüddətli borcun dəyəri pərakəndə qiymət indeksləri qədər artmalıdır ki, borc götürən onu real şərtlərlə qaytarsın. İndeksləşdirmə olmadığı halda gözlənilməz inflyasiya kapital bazarını dağıda bilər. Keçmişdə bir sıra ölkələrdə ümumi indeksləşdirmə aparılmışdır. İndeksləşdirmə həm də inflyasiya zamanı pul tələbatının və gəlirlərin real həcmlərinin qorunub saxlanılması üsuludur. Bu zaman pul gəlirləri inflyasiya səviyyəsinə uyğun olaraq indeksləşdirilir (artırılır, yaxud azaldılır).
Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti Kənan Aslanlı