Avto kredit
Avto kredit – kredit üzrə sonradan girov olacaq avtomobili almaq üçün məqsədli kreditdir. Avto kreditlər üzrə orta dərəcələr adi istehlak kreditlərindən aşağı olur. Bir qayda olaraq, bankların çoxu borc alana sığorta şirkəti ilə alınan avtomobilə KASKO müqaviləsi bağlanması tələbini irəli sürür. Bəzi banklar kredit vermək üçün KASKO-nu mütləq şərt kimi tələb etmirlər, lakin bu halda kredit üzrə dərəcə yüksəlir. Belə banklar borc alandan həyatını sığorta etməsini tələb edə bilərlər. Nəzərə almaq lazımdır ki, bir çox avtosalonlar bank kartları vasitəsi ilə ödəməni qəbul etmirlər. Ödəmə ya nağd pulla, yaxud alıcının hesabından şirkətin hesabına (bankdan asılı olaraq köçürmə üçün komissiya haqqı ilə yaxud onsuz) köçürmə vasitəsilə həyata keçirilir. Belə vəziyyət avtosalonların ekvayrinq üçün komissiya haqqı ödəməyə hazır olmadıqları ilə izah olunur. Çünki alqı nə qədər baha olsa, salon bank-ekvayerə bir o qədər çox məbləğ ödəməli olacaq.