Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK)
State Committee for Securities of the Republic of Azerbaijan (SCS)- Azərbaycan Respublikasında qiymətli kağızlar bazarında dövlət siyasətini və qiymətli kağızlar bazarının tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. Komitənin əsas fəaliyyət istiqamətlərinə aşağıdakılar daxildir: qiymətli kağızlar bazarında vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir, bu siyasətin həyata kecirilməsini, habelə qiymətli kağızlar bazarının və onun infrastrukturunun inkişafını təmin edir və qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. QKDK öz fəaliyyət istiqamətlərinə uyğun olaraq, qiymətli kağızlar bazarının tənzimlənməsi ilə bağlı normativ aktların qəbul edilməsi, qiymətli kağızların emissiyası və tədavülü, qiymətli kağızlar bazarı iştirakçılarının və investisiya fondlarının fəaliyyətləri, qiymətli kağızlarla rəsmiləşdirilmiş borc öhdəlikləri bazarı, müvafiq fəaliyyət növlərinin lisenziyalaşdırılmasının həyatakeçirilməsi, lotereyaların təşkili və keçirilməsi, qiymətli kağızlar bazarında investorların və qiymətli kağızlar bazarının iştirakçılarının hüquqlarının müdafiəsi, sağlam rəqabət mühitinin yaradılması üzrə dövlət tənzimlənməsini və nəzarətini həyata keçirir.
Yerli Iqtisadi Inkisaf Mərkəzi