Dövlət büdcəsinin xərcləri

From ..::Banker.az::..
Jump to: navigation, search

Dövlət büdcəsinin xərcləri (budget expenditures) – dövlət idarəetmə səviyyələrinə uyğun olan məlumatları və yerli büdcələr haqqında məlumatları əhatə edir və dövlətin fəaliyyətinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş vəsaiti əks etdirir. İctimai təyinatına görə büdcə xərclərinin strukturu dörd qrupa bölünür: iqtisadiyyat sahələri, sosialmədəni tədbirlər, müdafiə, idarəetmə. Xərclərə, həmçinin, borc kimi verilən istiqrazlar (qaytarılmış kreditləri çıxmaqla) və dövlət tərəfindən iqtisadiyyatın digər bölmələrinə verilən ssudanın digər növləri də daxil edilir. Dövlət xərcləri – geniş mənada bu, dövlət büdcəsindən həyata keçirilən bütün xərclərdir. Lakin bəzi hallarda bu termini büdcə vəsaitlərinin bilavasitə dövləti funksiyaların (məsələn, dövlət idarəetməsinin və milli müdafiənin təşkili, hüquq-mühafizə və məhkəmə xidmətlərinin təmin edilməsi və s.) icrasının maliyyələşdirilməsinə yönəldilmiş hissəsini fərqləndirmək üçün istifadə edirlər.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı