Dövlət borcunun konversiyası

From ..::Banker.az::..
Jump to: navigation, search

Dövlət borcunun konversiyası (conversion of public debt) – dövlətdaxili borc öhdəlikləri (məsələn, istiqrazlar) üzrə ilkin müəyyənləşdirilmiş (onların ödənilməsi müddətlərinin, faiz dərəcələrinin, onlara xidmət qrafikinin və s.) şərtlərin dəyişdirilməsini nəzərdə tutur. Konversiya məcburi və könüllü ola bilər. Məcburi konversiyada kreditor köhnə istiqraz vərəqələrini aşağı faiz dərəcəli yeni istiqraz vərəqələrinə dəyişməyə məcbur edilir. Könüllü konversiya zamanı yeni şərtlərlə kreditorun münasibəti mütləq nəzərə alınır, yəni kreditor həmin şərtlərlə razılaşmazsa, o, borcunu dövlətdən əvvəlki şərtlərlə geri tələb edə bilər.



Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı