Məsuliyyət
Məsuliyyət (responsibility) – məsuliyyət hüquq və qanuni tələbi təqdim edənlə bu qanuna əməl etməli olan qurumlar arasındakı əlaqəni göstərir. Bütün məsuliyyət mexanizmləri üç prinsipə uyğun idarə edilir:
(a) “Şəffaflıq” qərarların və onların icrasının açıq və kifayət qədər
informasiyanın aydın, yaralı olmasını tələb edir, ondan ötrü ki, digər
qurumların və ümumi kütlənin münasib prosedurları izləməsinə imkan
verilsin;
(b) “Cavabdehlik” qərar qəbul edən şəxslərin qərarlarını açıq izah
etmək öhdəliyini bildirir, buna görə onlar sübut edir ki, qərarları
münasib, rasional və onların mandatı çərçivəsindədir;
(c) “İdarə oluna bilmə” yerində qərarlara və icraya icazə verən
mexanizmlərə istinad edir və verilmiş mandat və prosedurlara zidd
olaraq qüvvədə olur – tez-tez yoxlama və balansların və məcburi
tətbiqetmə sisteminə istinad edir. Cəzasızlıq məsuliyyətin antonimidir
və edilmiş zərər üçün günahın bölüşdürülməsi məsuliyyətin mühüm
komponentidir. Demokratik məsuliyyət o ideyaya istinad edir ki, siyasi
gücə malik şəxslərin öz elektoratının məsuliyyətini yerinə yetirmək
vəzifəsi var – həm seçkilər boyunca, həm də institusional idarəetmə
boyunca.
Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı