Royalti
Royalti (royalty) – neft, qaz və digər təbii resursların mülkiyyət sahibi olan dövlətə həmin resursların satışından əldə edilən gəlirdən əvvəlcədən razılaşdırılmış faiz miqdarında ödəmədir. Azərbaycanın ən iri karbohidrogen ehtiyatlarının istismar layihəsi olan “Əsrin kontraktı”nda royalti nəzərdə tutulmayıb.
Mənbə: Dövlət Maliyyəsi Terminləri Lügəti , Kənan Aslanlı
Royalti - ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlərdir.
Mənbə: Vergilər Nazirliyi